Azərbaycan-Türkiyə-Gürcüstan biznes forumu keçiriləcək

Azərbaycan-Türkiyə-Gürcüstan biznes forumu keçiriləcək
  17 May 2013    Oxunub:1132
Azərbaycan, Türkiyə , Gürcüstan arasaında üç tərəfli görüşlər olacaq
AzVision.az xəbər verir ki, mayın 25-də Qəbələdə Azərbaycan-Türkiyə-Gürcüstan biznes forumu keçiriləcək.

Artıq 3-cü dəfədir təşkil edilən Azərbaycan, Türkiyə və Gürcüstan üçtərəfli biznes forumunda iqtisadi əməkdaşlıq və əlaqələrin genişləndirilməsi perspektivləri müzakirə ediləcək.

Tədbir çərçivəsində Azərbaycan, Türkiyə və Gürcüstan iqtisadiyyatına, bu ölkələrin biznes və investisiya imkanlarına dair təqdimatlar keçiriləcək, iş adamları arasında ikitərəfli görüşlər təşkil ediləcək.

Azərbaycan, Türkiyə və Gürcüstan arasında üçtərəfli formatda biznes forum bundan əvvəl Tbilisi və Qars şəhərlərində keçirilib.

AzVision.az



Teqlər:  





Xəbər lenti