Bakıda qar yağacaq

Bakıda qar yağacaq
  19 Fevral 2015    Oxunub:2588
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, bu gün Bakıda və Abşeron yarımadasında buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, əsasən gecə və axşam yağışın sulu qar, qarla qarışıq yağacağı gözlənilir. Mülayim şimal-şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 0-2 dərəcə şaxta, gündüz 2-4 dərəcə isti olacaq.
Atmosfer təzyiqi 763 mm civə sütunu, nisbi rütubət 85-95 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında fevralın 19-da hava şəraitinin yağıntılı olacağı, bəzi yerlərdə sulu qar, qar yağacağı, duman olacağı, gündüz yağıntının tədricən kəsiləcəyi gözlənilir. Şərq küləyi əsəcək.

Havanın temperaturunun gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 3-7 dərəcə isti, dağlarda gecə 5-10, yüksək dağlıq ərazilərdə 15-20, gündüz 0-4 dərəcə şaxta olacağı gözlənilir.

AzVision.az


Teqlər:  



Xəbər lenti