Artur Rasizadədən elm adamlarına güzəşt

Artur Rasizadədən elm adamlarına güzəşt
  19 Fevral 2015    Oxunub:2587
Nazirlər Kabineti “Ödəniş zamanı edilə biləcək güzəştin Şərtləri”ndə dəyişiklik edib.

Qərar “İnformasiya əldə etmək haqqında” qanunda dəyişikliklər edilməsi barədə” qanunun tətbiqi və “İnformasiya əldə etmək haqqında” qanunun tətbiq edilməsi barədə” ölkə prezidentinin fərmanında dəyişiklik edilməsi haqqında” fərmanın icrasını təmin etmək məqsədi ilə verilib.

Dəyişikliyə əsasən, ödənişli informasiyanın verilməsi zamanı elmi və pedaqoji fəaliyyətlə məşğul olan şəxslərə, ali və orta ixtisas təhsili müəssisələrinin tələbələrinə güzəştlər ediləcək.

İnformasiyanın verilməsi ilə əlaqədar ödəniş zamanı edilən güzəştin şərtləri tərəflərin qarşılıqlı razılığı ilə müəyyən olunur. Bu zaman güzəştin həcmi informasiyanın hazırlanması və verilməsi üçün çəkilən xərclərin 50 faizindən az olmamalıdır.

AzVision.az


Teqlər:  





Xəbər lenti