Bütün Türkiyə Elnurdan danışır - FOTOLAR

Bütün Türkiyə Elnurdan danışır - FOTOLAR
  19 Fevral 2015    Oxunub:4583
Möhtəşəm ifası ilə “O ses Türkiye” yarışmasının qalibi olan Elnur Hüseynov Türkiyə mətbuatının gündəminə çevrilib.
Qardaş ölkənin aparıcı media qurumları, tanınmış telekanalları Elnurun qələbəsi haqda xəbərlər yayaraq həmyerlimizin uğuruna xüsusi diqqət ayırıblar.

Mətbuatda Elnurun ilk gündən yarışmadakı çıxışları və bioqrafiyası barədə məlumatlar dərc edilir.

Qeyd edək ki, Möhtəşəm ifası ilə Türkiyəni coşduran həmyerlimiz Elnur Hüseynov “O səs Türkiyə” musiqi yarışmasının qalibi olub.

Ebru Gündeşin komandasında yarışan azərbaycanlı müğənni finalda “O Sole Mio” opera əsərini, “Aşk” və “Lutch” mahnılarını ifa edib.

Yarışmanın sonuna Kaya Aslantepe adlı ifaçı ilə qalan Elnur Hüseynov səsvermə nəticəsində “O səs Türkiyə”nin ilk azərbaycanlı qalibi olub.











Fatimə Kərimli


Teqlər:  



Xəbər lenti