İqtidardan Elnurun qələbəsinə reaksiya

İqtidardan Elnurun qələbəsinə reaksiya
  19 Fevral 2015    Oxunub:3570
Bu Azərbaycan mədəniyyətinin, Azərbaycan ruhunun qələbəsi idi.
Yeni Azərbaycan Partiyasının Siyasi Şurasının üzvü, millət vəkili Aydın Mirzəzadə Elnur Hüseynovun “O səs Türkiyə” yarışmasındakı qələbəsinə sevinib.

AzVision.az xəbər verir ki, deputat Facebook səhifəsində Elnurun qələbəsi münasibəti ilə təbriklərini çatdırıb:

“Afərin, Elnur. Gənc istedaımızın qələbəsi hamıızı ürəkdən sevindirdi, hamıya böyük bir ruh verdi. Bu Elnurun istedadının, musiqi duyumunun, səhnə mədəniyyətinin qələbəsi idi. Bu Azərbaycan mədəniyyətinin, Azərbaycan ruhunun qələbəsi idi. Bu Azərbaycan səsinin xaricdə də mənuniyyətlə dinlənməsinin qələbəsi idi. Bu ən əsası Azərbaycan-türkiyə birliyinin qələbəsi, azərbaycan-türk xalqlarının qardaşlığının, bir-birinə məhəbbbtəinin qələbəsi idi. Biz birilkdə güclüyük”.

Qeyd edək ki, Ebru Gündeşin komandasında yarışan azərbaycanlı müğənni finalda “O Sole Mio” opera əsərini, “Aşk” və “Lutch” mahnılarını ifa edib.

Yarışmanın sonuna Kaya Aslantepe adlı ifaçı ilə qalan Elnur Hüseynov səsvermə nəticəsində “O səs Türkiyə”nin ilk azərbaycanlı qalibi olub.

Fatimə Kərimli


Teqlər:  



Xəbər lenti