Rusiya və Ukraynadan Azərbaycana insan axını
Dövlət Statistika Komitəsindən AzVision.az-a verilən məlumata görə, 2014-cü il ərzində Azərbaycana daimi yaşamaq üçün Rusiyadan gələnlər üstünlük təşkil edib. Ötən il Azərbaycana gələnlərin 33,5 faizi Rusiyadan, 26,4 faizi Gürcüstandan, 8,6 faizi Türkiyədən, 3,9 faizi Ukraynadan, 23,2 faizi digər xarici ölkələrdən gəlib.
Azərbaycandan daimi yaşamaq üçün gedənlər də daha çox Rusiyaya üz tutublar. Ötən il ölkədən daimi yaşamaq üçün gedənlərin 55,7 faizi Rusiyaya, 12,5 faizi Qazaxıstana, 4,9 faizi Türkiyəyə, 4,4 faızı Ukraynaya, 22,5 faizi digər xarici ölkələrə gedir.
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


