Rusiya və Ukraynadan Azərbaycana insan axını

Rusiya və Ukraynadan Azərbaycana insan axını
  19 Fevral 2015    Oxunub:2780
Azərbaycana daimi yaşamaq üçün 1,9 min nəfər gəlib. Ötən il ərzində 0,8 min nəfər ölkədən gedib.
Azərbaycandan başqa ölkələrə daimi yaşamaq üçün gedənlərin çoxu Rusiyaya üz tutur.

Dövlət Statistika Komitəsindən AzVision.az-a verilən məlumata görə, 2014-cü il ərzində Azərbaycana daimi yaşamaq üçün Rusiyadan gələnlər üstünlük təşkil edib. Ötən il Azərbaycana gələnlərin 33,5 faizi Rusiyadan, 26,4 faizi Gürcüstandan, 8,6 faizi Türkiyədən, 3,9 faizi Ukraynadan, 23,2 faizi digər xarici ölkələrdən gəlib.

Azərbaycandan daimi yaşamaq üçün gedənlər də daha çox Rusiyaya üz tutublar. Ötən il ölkədən daimi yaşamaq üçün gedənlərin 55,7 faizi Rusiyaya, 12,5 faizi Qazaxıstana, 4,9 faizi Türkiyəyə, 4,4 faızı Ukraynaya, 22,5 faizi digər xarici ölkələrə gedir.

AzVision.az


Teqlər:  



Xəbər lenti