Güləşçilərimiz finalda

Güləşçilərimiz finalda
  20 Fevral 2015    Oxunub:1662
Fevralın 19-da Tehranda yunan-Roma güləşi üzrə böyüklər arasında dünya kuboku yarışları başlayıb.
AzVision.az xəbər verir ki, yarışda Azərbaycan ilə yanaşı, İran, İsveç, Almaniya, Rusiya, Macarıstan, Türkiyə və Ermənistan güləşçiləri iştirak edirlər.

Püşkatmanın nəticəsinə əsasən, Azərbaycan güləşçiləri İran, İsveç və Almaniya komandaları ilə “A” qrupunda mübarizə aparırlar. Millimizin ilk rəqibi İran yığması olub. “B” qrupunda isə, Rusiya, Macarıstan, Türkiyə və Ermənistan komandaları qüvvələrini sınayırlar.

Baş məşqçi Cəmşid Xeyrabadi, böyük məşqçi Nurəddin Rəcəbov və məşqçi Akif Əliyevin rəhbərliyi altında 12 güləşçimiz heyətdə yer alıb.

Milli komandamız qrupda hər üç görüşünü qələbə ilə başa vuraraq finala yüksəlib. Güləşçilərimiz İran komandasına 6:2, Almaniya millisinə və İsveç yığmasına isə 7:1 hesabı ilə qalib gəliblər.

Görüşlərin idarə olunmasında ölkəmizi beynəlxalq dərəcəli hakim İntiqam Alıyev təmsil edir.

Xatırladaq ki, ötən ilki yarışda yunan-Roma güləşçilərimiz ilk dəfə olaraq üçüncü yeri tutmuşdular.

AzVision.az


Teqlər:





Xəbər lenti