Məmmədyarov: `Girovlarımızı geri qaytaracağıq`

Məmmədyarov: `Girovlarımızı geri qaytaracağıq`
  20 Fevral 2015    Oxunub:1994
Ermənistanda saxlanılan girovların geri qaytarılması çox təbii və asan məsələdir.
AzVision.az APA-ya istinadən xəbər verir ki, bu barədə Tiflisdə rəsmi səfərdə Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov deyib:

“İrəvanda həm Viktoriya Nuland, həm Ceyms Uorlik, həm də həmsədrlər Dilqəm Əsgərov və Şahbaz Quliyevin məsələsinə toxunublar. Mən açıq şəkildə deyə bilərəm ki, Ermənistanda girovların saxlanılması ədalət baxımından ağlasığmaz bir məsələdir. Ermənistan girovları saxlamaqla özünün qeyri-konstruktiv olduğunu nümayiş etdirir. Mən inanıram ki, biz girovları geri qaytaracağıq”.

AzVision.az


Teqlər:  



Xəbər lenti