Azərbaycan diasporu informasiya mərkəzi fəaliyyətə başladı

Azərbaycan diasporu informasiya mərkəzi fəaliyyətə başladı
  20 Fevral 2015    Oxunub:2048
“Azərbaycan müstəqillik əldə etdikdən sonra dövlətin qarşısında duran əsas vəzifələrdən biri də xarici ölkələrdə yaşayan azərbaycanlıların təşkilatlanması, onların ölkəmizin ümumi maraqlarının müdafiəsi işinə cəlb edilməsi olmuşdur”.

Bunu deyən Azərbaycan-Slavyan Gəncləri Assosiasiyası (ASGA) İctimai Birliyinin sədri Səbuhi Abbasov hazırda dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatlarının sayı 453-ə çatdığını qeyd edib: “Azərbaycan diaspor təşkilatları tərəfindən ildən-ilə say və keyfiyyətcə çoxalan müxtəlif tədbir və layihələr həyata keçirilir. Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması, Ermənistanın, erməni diaspor və lobbi qruplarının antitəbliğat kampaniyalarının qarşısının alınması məqsədilə müxtəlif layihələr reallaşdırılır. Ötən il Xocalı soyqırımının 22-ci ildönümü ilə bağlı soydaşlarımızın yaşadıqları ölkələrdə 65 tədbir təşkil edilib. ASGA-nın İKT departamentinin ərsəyə gətirdiyi sayt bugün çox böyük strateji əhəmiyyətə malikdir”.

S.Abbasov onu da qeyd etdi ki, Mərkəzin www.diaspor.az veb saytı diasporla iş sahəsində dövlət siyasətinin həyata keçirilməsini, xaricdə yaşayan azərbaycanlılar, eləcə də onların təsis etdiyi diaspor təşkilatları, habelə Azərbaycana dost münasibət bəsləyən digər xalqların diasporları ilə əlaqələrin genişləndirilməsini və inkişaf etdirilməsini, dövlət orqanlarının və qeyri-hökumət təşkilatlarının bu sahə ilə bağlı fəaliyyətinin operativ və müntəzəm işıqlandırılmasını təmin edəcək: “Bu, bizim XOCALI HƏFTƏSİ çərçivəsində reallaşdırdığımız layihələrdən biridir. Xarici ölkələrdə yaşayan soydaşlarımız, fəaliyyət göstərən diaspor təşkilatlarının da informasiya qidası çox vacib məsələdir”.



Teqlər:





Xəbər lenti