Novruz bayramında 9 gün iş olmayacaq

Novruz bayramında 9 gün iş olmayacaq
  20 Fevral 2015    Oxunub:2864
Novruz bayramında Azərbaycanda 9 gün iş olmayacaq.
Nazirlər Kabineti iş və istirahət günlərinin ardıcıl olmasını təmin etmək məqsədi ilə 2015-ci ilin 29 mart istirahət günü ilə 27 mart iş gününün yerinin dəyişdirilməsi haqqında qərar qəbul edib.

Qərar Əmək Məcəlləsinin 105-ci maddəsinin 7-ci hissəsinə və “Azərbaycan Respublikasının Əmək Məcəlləsinə dəyişiklik edilməsi barədə” qanunun tətbiq edilməsi haqqında” prezidentin fərmanının 2-ci hissəsinə əsasən qəbul olunub.

Beləliklə, Novruz bayramı ilə əlaqədar martın 20-dən 24-dək qeyri-iş günləridir. Lakin martın 21 və 22-si şənbə və bazar günlərinə təsadüf etdiyi üçün 25-i və 26-sı, son dəyişikliyə görə isə 27-si də qeyri-iş günü olacaq. Martın 29-u isə iş günüdür.

Novruz bayramında 20, 21, 22, 23, 24, 25, 26, 27 və 28 mart qeyri-iş günü olacaq.


Teqlər:  



Xəbər lenti