`Maaşlar, pensiyalar vaxtında veriləcək`
Onun sözlərinə görə, belə halda dünya bazarında neftin qiymətinin bir dollar aşağı düşməsi Azərbaycanın büdcəsinə 26 milyon manat təsir göstərəcək. Beləliklə, qiymət 10 dollar düşəndə 260 milyon, 20 dollar düəndə 520 milyon manat təsir göstərəcək. İnidiki durum altı ay davam etsə Azərbaycanın büdcəsinə haradasa 500 milyon manat təsir edəcək.
Ə.Məsimli vurğulayıb ki, bu proses 2015-ci ilin sonunadək davam etsə büdcəyə 1 milyard manatadək təsir göstərəcək: "21 milyard manatdan çox büdcəsi olan Azərbaycanda bu cür kəskin problem nəticəsində gəlirlərin 1 milyard manat azalması büdcənin dayanıqlılığını poza bilməz, ciddi problemlər yarada bilməz. Yenə də ölkədə maaşlar, pensiyalar və digər ödənişlər vaxtında ödənməkdə davam edəcək." (Ans)
Teqlər:







Vaxtında, Aydın, Lazımlı!


