Sabahın havası: güclü külək, qar və şaxta...

Sabahın havası: güclü külək, qar və şaxta...
  20 Fevral 2015    Oxunub:3204
Bakıda sabah güclü küləklə müşayiət olunan qar yağacaq.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən AzVision.az-a verilən məlumata görə, fevralın 21-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin soyuq, güclü küləkli keçəcəyi, fasilələrlə yağıntılı olacağı, sulu qar və qar yağacağı gözlənilir. Şimal-qərb küləyinin güclənəcəyi, gündüz yarımadanın bəzi yerlərində küləyin sürətinin daha da güclü olacağı gözlənilir.

Havanın temperaturu gecə və gündüz 0-3 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında havanın fasilələrlə yağıntılı olacağı, sulu qar, qar yağacaq. Yağıntının bəzi yerlərdə intensiv və güclü olacağı ehtimalı var. Ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə güclənəcək.

Aran rayonlarında gecə 0-4 dərəcə şaxta, gündüz 0-5 dərəcə isti, dağlıq ərazilərdə gecə 8-13, gündüz 0-5 dərəcə şaxta olacaq.

Yollar buz bağlayacaq.


Teqlər:  



Xəbər lenti