Lamiyə azadlığa buraxıldı - FOTOLAR (Yenilənib)

Lamiyə azadlığa buraxıldı - FOTOLAR (Yenilənib)
  20 Fevral 2015    Oxunub:13219
Bu gün Şəmkirin keçmiş icra başçısı Aslan Aslanovun oğlunun qətlində təqsirləndirilən məhkum Lamiyə Quliyevanın növbəti məhkəməsi keçirilib.

AzVision.az-ın məhkəmədə iştirak edən əməkdaşının verdiyi məlumata görə, hakim Qədim Babayevin sədrliyi ilə keçirilən prosesdə hakim Lamiyə Quliyeva haqqında protesti qəbul edib və onun azadlığa buraxılması ilə bağlı qərar verib.

O məhkəmə zalından azadlığa buraxılıb.

***

“Azadlığa çıxdığım üçün çox sevinirəm. Mənim azadlığa çıxmağım üçün əziyyət çəkən hər kəsə təşəkkkür edirəm. Dövlətimiz sağolsun”.

AzVision.az xəbər verir ki, bu sözləri Şəmkirin keçmiş icra başçısı Aslan Aslanovun oğlunun qətlində təqsirləndirilən Lamiyə Quliyeva dilə gətirib.

O bu qərara çox sevindiyini bildirib: “Çox sevinirəm ki, azadlıqdayam. Mən əxlaqsız, namussuz qadın deyiləm”-deyə, L.Quliyeva sözlərinə əlavə edib.

Xatırladaq ki, 1987-ci il təvəllüdlü Lamiyə Quliyeva 2003-cü ildə həbs edilib. Cinayət Məcəlləsinin 120-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham edilən L.Quliyeva və keçmiş nişanlısı Vüqar Əliyev 2003-cü ilin mayında Şəmkir rayonun sabiq icra başçısı Aslan Aslanovun oğlu Ruslanı qətlə yetirməkdə təqsirləndiriliblər.



Hafiz Əhmədov
AzVision.az



Teqlər:  



Xəbər lenti