Səbaildə həyəcanlı anlar

Səbaildə həyəcanlı anlar
  20 Fevral 2015    Oxunub:2221
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Səbail rayonunda partlayıcı qurğu olması barədə məlumat daxil olub.
FHN -dən AzVision.az-a verilən məlumata görə, nazirliyin müvafiq qurumları lazımi tədbirlərin görülməsi üçün hadisə yerinə cəlb edilib, aidiyyəti qurumlar məlumatlandırılıb. Nazirliyin mütəxəssisləri hüquq-mühafizə orqanlarının əməkdaşları ilə birgə həmin ünvanda müvafiq təhlükəsizlik tədbirləri görüb və axtarışlar aparıblar.

Axtarışlar nəticəsində partlayıcı qurğu və şübhəli əşya aşkar edilməyib. Əməliyyat saat 13:00-da başa çatıb.

AzVision.az


Teqlər:



Xəbər lenti