AXCP-dən Nurullayev açıqlaması

AXCP-dən Nurullayev açıqlaması
  20 Fevral 2015    Oxunub:1759
“Əli Kərimli öz səlahiyyətindən istifadə edərək Razi Nurullayevi vəzifəsindən azad edib”.
Bunu AzVision.az-a açıqlamasında Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədr müavini Fuad Qəhrəmanlı deyib. O, Razi Nurullayevin sədr müavinliyindən azad olunmasının səbəbi haqda danışmasa da, qeyd edib ki, bu qərarı Əli Kərimli verib.

“Razi bəylə Əli Kərimli arasında görüş olub və bu görüşün nəticəsi olaraq da adı çəkilən sərəncam verilib”.

Razi Nurullayevlə əlaqə saxlamağa çalışsaq da o zənglərimizə cavab verməyib.

Qeyd edək ki, AXCP sədri Əli Kərimli xarici məsələlər üzrə müavini Razi Nurullayevi vəzifəsindən azad edib.

Fatimə Kərimli


Teqlər:  



Xəbər lenti