Allahşükür Paşazadədən müşavirə qarşı diplomatik jest

Allahşükür Paşazadədən müşavirə qarşı diplomatik jest
  20 Fevral 2015    Oxunub:1476
Fevralın 20-də Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə həzrətləri Azərbaycanda səfərdə olan Küveyt Əmirinin müşaviri, BMT Baş katibinin humanitar məsələlər üzrə elçisi Abdullah Mətuq Əl-Mətuqu qəbul edib.
Qafqaz Müsəlmanları İdarəsindən AzVision.az-a verilən məlumata görə, QMİ-də keçən görüşdə qonağı səmimi salamlayan Şeyxülislam həzrətləri Küveyt dövlətinin Əmiri Əlahəzrət IV Sabah bin Əhməd Əl Sabaha dərin ehtiramını və səmimi salamlarını yetirməyi xahiş etdi. QMİ sədri Azərbaycan və Küveyt dövlətləri arasında bütün sahələrdə səmimi qardaşlıq münasibətlərinin mövcudluğunu məmnunluqla qeyd etdi, dini-mənəvi sahədə əlaqələrin inkişafı yönündə birgə səyləri yüksək dəyərləndirdi. Şeyxülislam Allahşükür Paşazadə həzrətləri Küveyt dövlətinin Azərbaycanın haqq işini hər zaman müdafiə etdiyini xüsusi vurğuladı və bu qardaşlıq mövqeyinə görə minnətdarlığını bildirdi. Qonağın BMT-də daşıdığı vəzifəsinin də önəmli olduğunu və bu məqamda da Azərbaycan dövlətinə olan qardaş münasibətinin bizim üçün dəyərli olduğunu bildirən Şeyxülislam həzrətləri Azərbaycan və Küveyt dövlətlərinin beynəlxalq təşkilatlar müstəvisində hər zaman uğurlu əməkdaşlıq etdiklərini diqqətə çatdırdı.

QMİ sədrinə səmimi qəbul və qonaqpərvərliyə görə təşəkkürlərini bildirən küveytli qonaq onu tanıdığı 20 il ərzində elmi, dünyagörüşü ilə fərqlənən, müdrik şəxsiyyət, dini dözümlülük ideyalarının ardıcıl təbliğatçısı kimi xüsusi dəyərləndirdiyini diqqətə çatdırdı. Bir çox beynəlxalq Konfranslarda yaxından əməkdaşlıq etdiklərini xatırlayan küveytli qonaq Küveytdə yaradılmış Mötədillik mərkəzinin işində fəal iştirakına görə QMİ sədrinə təşəkkürlərini bildirdi. Cənab əl-Mətuq Şeyxülislamı əmin etdi ki, Küveyt dövləti hər zaman haqqın, ədalətin yanında olacaq və təcavüzə məruz qalmış Azərbaycan xalqının mənafelərini bütün səviyyə və məqamlarda müdafiə edəcək.


Teqlər:  





Xəbər lenti