Nazirdən Heydər Əliyevin ad günü ilə bağlı ƏMR

Nazirdən Heydər Əliyevin ad günü ilə bağlı ƏMR
  20 Fevral 2015    Oxunub:3151
Təhsil naziri Mikayıl Cabbarov Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü ilə əlaqədar təhsil müəssisələrində keçiriləcək tədbirlər haqqında əmr imzalayıb.

Təhsil Nazirliyindən AzVision.az-a verilən məlumata görə, əmr müstəqil Azərbaycan dövlətinin qurucusu və dahi siyasətçi, Azərbaycan xalqının Ümummilli lideri, Ulu öndər Heydər Əliyevin anadan olmasının 92-ci ildönümünün ölkənin təhsil müəssisələrində yüksək səviyyədə qeyd olunmasını təmin etmək məqsədi daşıyır.

Əmrdə bildirilir ki, Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin anadan olmasının 92-ci ildönümünün təhsil müəssisələrində qeyd olunması ilə əlaqədar Təhsil Nazirliyinin Fəaliyyət planı təsdiq edilsin; Nazirliyin müvafiq struktur bölmələri, yerli təhsili idarəetmə orqanları, ümumi təhsil, ilk peşə, orta-ixtisas və ali təhsil müəssisələrinin rəhbərləri Fəaliyyət planında nəzərdə tutulan tədbirlərin vaxtında və yüksək səviyyədə yerinə yetirilməsini təmin etsinlər; Fəaliyyət planında nəzərdə tutulan inşa yazı və rəsm müsabiqələrinin, idman yarışlarının keçirilməsi və qaliblərin mükafatlandırılması ilə bağlı tədbirlərin Naxçıvan MR üzrə təşkili muxtar respublikanın Təhsil Nazirliyinə (P.Nağıyev) həvalə olunsun; İnformasiya şöbəsi (E.Əliyev) əmrin əlavəsi ilə birlikdə “Azərbaycan müəllimi” qəzetində dərc olunmasını, çoxaldılıb yerlərə çatdırılmasını və Nazirliyin internet saytında yerləşdirilməsini təmin etsin.

Mikayıl Cabbarov əmrin icrasına nəzarəti nazir müavini Ceyhun Bayramova həvalə edib.


Teqlər:  



Xəbər lenti