DİN səyyar xidmət göstərib

DİN səyyar xidmət göstərib
  20 Fevral 2015    Oxunub:2065
Daxili İşlər Nazirliyi Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinin təşəbbüsü və Qaradağ RPİ-nin müvafiq şöbə əməkdaşlarının iştirakı ilə rayonun Ələt və Qızıldaş qəsəbələrində vətəndaşlara şəxsiyyət vəsiqəsinin verilməsi ilə bağlı səyyar xidmət keçirilib.

Daxili İşlər Nazirliyindən AzVision.az-a daxil olan məlumatda bildirilir ki, tədbir zamanı etibarlılıq müddəti bitmiş şəxsiyyət vəsiqələrindən istifadə edən 139, şəxsiyyət vəsiqəsi olmayan 4 nəfərin, habelə, qoca, əlil və xəstə olan 7 vətəndaşın müvafiq sənədləri yaşadıqları ünvanlarda qəbul edilib.

Vətəndaşların şəxsiyyət vəsiqələri ilə təmin edilməsi proses davam etdirilir.


Teqlər:  



Xəbər lenti