Güləşçilərimiz İranda tarix yazdı - Foto+Video

Güləşçilərimiz İranda tarix yazdı - Foto+Video
  21 Fevral 2015    Oxunub:3891
İranın paytaxtı Tehranda yunan-Roma güləşi üzrə böyüklər arasında Dünya Kuboku başa çatıb.

Yarışda Azərbaycanla yanaşı, İran, İsveç, Almaniya, Rusiya, Macarıstan, Türkiyə və Ermənistan güləşçiləri iştirak edib.

Püşkatmanın nəticəsinə əsasən, Azərbaycan güləşçiləri İran, İsveç və Almaniya komandaları ilə A qrupunda mübarizə aparıb. B qrupunda isə, Rusiya, Macarıstan, Türkiyə və Ermənistan komandaları qüvvələrini sınayıb.

İlk olaraq yerli İran idmançıları ilə qarşılaşan güləşçilərimiz gərgin keçən görüşü 6:2 hesablı qələbə ilə başa vurub. Ardınca Almaniya və İsveç komandalarını 7:1 məğlub edən yığmamız qrup görüşlərini lider tamamlayıb. Bu nəticə ilə yunan-Roma güləşi yığmamız Azərbaycan güləş tarixində yeni bir tarix yazıb. Azərbaycan idman tarixində ilk dəfə olaraq yunan-Roma komandamız Dünya Kubokunun finalına vəsiqə qazanıb.

Finalda güləşçilərimiz digər qrupun birincisi olmuş Rusiya yığması ilə qarşılaşıb. Gərgin keçən qarşılaşma 4:4 hesablı bərabərliklə tamamlansa da, xalların keyfiyyətinə görə 18:17 hesabı ilə komandamızın xeyrinə başa çatıb. Bu nəticə ilə Azərbaycan yunan-Roma güləşçiləri tarixində ilk dəfə Dünya Kubokunun sahibi olub.

Qalereya




Teqlər:  





Xəbər lenti