Hərbçilərimiz beynəlxalq tədbirdə iştirak edəcək

Hərbçilərimiz beynəlxalq tədbirdə iştirak edəcək
  21 Fevral 2015    Oxunub:1569
Fevralın 23-dən 27-dək Vaşinqton şəhərində (ABŞ) Yaxın Şərq və Cənubi Asiya Mərkəzi (NESA) tərəfindən keçiriləcək təhlükəsizlik məsələləri üzrə növbəti seminar, Lvov şəhərində (Ukrayna) "Saber Guardian və Rapid Trident-2015" komanda qərargah təlimlərinin əsas planlaşdırma konfransı keçiriləcək.
Müdafiə Nazirliyindən AzVision.az-a verilən məlumata görə, tədbirlərdə Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin nümayəndələri iştirak edəcəklər.

AzVision.az


Teqlər:  



Xəbər lenti