Bu gün çovğun olacaq - Hava xəbərdarlığı

Bu gün çovğun olacaq - Hava xəbərdarlığı
  21 Fevral 2015    Oxunub:2503
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, bu gün Bakıda və Abşeron yarımadasında hava şəraitinin soyuq, güclü küləkli keçəcəyi, fasilələrlə yağıntılı olacağı, sulu qar, qar yağacağı gözlənilir. Güclü şimal-qərb küləyi əsəcək.
Havanın temperaturu gecə və gündüz 0-3 dərəcə isti olacaq. Atmosfer təzyiqi 762 mm civə sütunundan 769 mm civə sütununa yüksələcək, nisbi rütubət 85-95 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında fevralın 21-də hava şəraitinin fasilələrlə yağıntılı olacağı, sulu qar, qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturunun gecə 0-4 dərəcə şaxta, gündüz 0-5 dərəcə isti, dağlarda gecə 8-13, yüksək dağlıq ərazilərdə 15-20, gündüz 0-5 dərəcə şaxta olacağı gözlənilir. Yollar buz bağlayacaq.

Xəbərdarlıq

Fevralın 23-dək ölkə ərazisində güclü küləkli, soyuq, fasilələrlə yağıntılı, qarlı hava şəraitinin davam edəcəyi gözlənilir. Bəzi yerlərdə çovğun olacağı ehtimalı var. Yollar buz bağlayacaq.

AzVision.az


Teqlər:  



Xəbər lenti