Yollar buz bağlayacaq - Ehtiyatlı olun
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən AzVision.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında fevralın 22-də hava şəraitinin soyuq, güclü küləkli keçəcəyi, fasilələrlə yağıntılı olacağı, sulu qar, qar yağacağı gözlənilir. Şimal-qərb küləyi əsəcək.
Azərbaycanın rayonlarında fevralın 22-də hava şəraitinin fasilələrlə yağıntılı olacağı, sulu qar, qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


