Avtoxuliqana 20 gün HƏBS

Avtoxuliqana 20 gün HƏBS
  21 Fevral 2015    Oxunub:1553
Avtoxuliqanlıq hərəkətləri etdiyinə görə Gülhüseyn Qasımov saxlanılıb.
AzVision.az Daxili İşlər Nazirliyinə (DİN) istinadən xəbər verir ki, fevralın 18-də Gülhüseyn Qasımov idarə etdiyi “VAZ-2106” markalı avtomobillə avtoxuliqanlıq hərəkətləri etdiyinə görə Bakı BPİ DYPİ YPX-nin əməkdaşları tərəfindən saxlanılıb, barəsində toplanmış material Xəzər rayon məhkəməsinə göndərilib.

Məhkəmənin qərarına əsasən G.Qasımov İXM-nin 296-1.1 maddəsi ilə təqsirli bilinərək 1 il müddətində nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilib və barəsində 20 gün həbs inzibati tənbeh növü tətbiq edilib.


Teqlər:



Xəbər lenti