Vahid Əhmədov: `Banklar ziyana düşəcək, bahalaşma olacaq`
“Onlar deyirdilər ki, devalvasiya 85-90 qəpik səviyyəsində olacaq. Bu yumşaq devalvasiya ilin axırına kimi gedəcək. Amma birdən-birə, gecə belə qərar qəbul etmələri, ümumiyyətlə başa düşülən məsələ deyil. Birdən-birə manat 33 faiz ucuzlaşdı. Bunu da ixrac məhsullarla əlaqələndirirlər. Məgər ixrac məhsullarının həcmi bir gecədə artdı?. Bunu bir gecədə fikirləşdilər”.
Millət vəkili bildirib ki, manatın məzənnə dəyişməsi bütün sahələrə təsir edəcək: “Birinci bankları pis vəziyyətə salacaq və ziyana düşən banklar olacaq. Digər tərəfdən daxili bazarda qiymətlər qalxacaq. İqtisadi İnkişaf Nazirliyi monitorinq keçirib süni bahalaşmanın qarşısını almalıdır. Bu əmək haqqı, pensiya və bir neçə sahəyə təsir edəcək. Bir sözlə problem böyük olacaq”.
Anar Kəlbiyev







Vaxtında, Aydın, Lazımlı!


