Qazaxda ağır qəza - ölən var

Qazaxda ağır qəza - ölən var
  21 Fevral 2015    Oxunub:1732
Qazax rayonununda yol-nəqliyyat hadisəsi 1 nəfərin ölümü, 2 nəfərin yaralanması ilə nəticələnib.
AzVision.az Daxili İşlər Nazirliyinə (DİN) istinadən xəbər verir ki, fevralın 20-də saat 22 radələrində Qazax rayonunun Daş Salahlı kəndində kənd sakini İlqar Hacıyev idarə etdiyi “BMW” markalı avtomobili aşırıb. Nəticədə sürücü hadisə yerində ölüb, 2 sərnişini xəstəxanaya yerləşdirilib.

Faktla bağlı BDYPİ tərəfindən araşdırma aparılır.


Teqlər:



Xəbər lenti