Bakıda ağac `soyqırımı`- VİDEO

Bakıda ağac `soyqırımı`- VİDEO
  21 Fevral 2015    Oxunub:2030
Bakının Yasamal rayonu, Mirəli Seyidov küçəsindəki park yaxınlığında olan yaşıllığa divan tutulur.
AzVision.az milli.az-a istinadən xəbər verir ki, sakinlər hadisə yerindən görüntülər çəkərək məktub ünvanlayıblar.

Onlar bildirirlər ki, ağackəsmə əməliyyatı, hələ də, davam etməkdədir. Şəxsiyyəti naməlum olan adamlar səhər saatlarından qeyd olunan ərazidə işə başlayıblar. Artıq bir neçə hündür ağac dibindən kəsilib.

Sakinlər deyirlər ki, ağaclar yeni hündürmərtəbəli binanın tikintisi səbəbindən kəsilir.

Hadisə ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə əlaqə saxladıq. Qurumun mətbuat xidmətinin rəhbəri İradə İbrahimova açıqlamasında artıq bu barədə xəbərdar olduğunu söyləyib.

"Sakinlər təxminən yarım saat əvvəl ağacların kəsilməsi ilə bağlı bizim "qaynar xətt"lə əlaqə saxlayıblar. Əməkdaşlarımız artıq hadisə yerinə yollanıblar.

Qeyd olunan yerə baxış keçirildikdən sonra ağacları kəsən şəxslərin kimliyi müəyyən olunacaq" - İradə İbrahimova bildirib.




Teqlər:  





Xəbər lenti