Güclü yağış və qar Lənkəranı iflic etdi
Həmçinin qar və yağış sularının həyətyanı sahələrə axması yaşayış evlərinə su dolmasına səbəb olub. Ən acınacaqlı vəziyyət Lənkəran şəhərinin Mirsalayev küçəsində müşahidə olunub. Belə ki, sözü gedən ərazidə 50-dən çox yaşayış evini qar və yağış suları basıb. Yerli sakinlərin sözlərinə görə, onların toyuq-cücələri suda boğulub, zirzəmilərdə saxlanılan ərzaq və kənd təsərrüfatı məhsulları yararsız hala düşüb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Lənkəran Regional Hidrometeorologiya Müəssisəsindən APA-nın yerli bürosuna verilən məlumata görə, bölgədə ən çox qar Lerik və Yardımlı rayonlarının dağlıq ərazilərini əhatə edib. Bu yerlərdə qarın qalınlığı 60-70 sm-ə çatıb. Temperaturun 7-12 dərəcə aşağı düşəcəyi gözlənilir.
Proqnoza görə, bölgədə qeyri sabit hava şəraiti fevralın 22-nə kimi davam edəcək.
Hazırda qarlı hava şəraiti davam etməkdədir.
Teqlər: