XİN başçıları görüşdü

XİN başçıları görüşdü
  18 May 2013    Oxunub:1389
Bu gün Polşanın Krakov şəhərində Şərq Tərəfdaşlığı (ŞT) və Vışeqrad Qrupu ölkələrinin xarici işlər nazirlərinin görüşü keçirilib.
XİN mətbuat xidmətinin məlumatına görə Polşa Respublikasının xarici işlər naziri Radoslav Sikorskinin sədrlik etdiyi görüşdə Avropa İttifaqı (Aİ) komissiyasının vitse-prezidenti və Xarici İşlər və Təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Ketrin Eşton, Aİ-nin Genişlənmə və Qonşuluq siyasəti üzrə komissarı Stefan Füle, Macarıstan, Slovakiya, Çexiya, Litva, İrlandiya, Azərbaycan, Ukrayna, Belarus, Gürcüstan, Moldova və Ermənistanın xarici işlər nazirləri iştirak ediblər.

Görüşdə cari ilin payızında Vilnüsdə keçiriləcək ŞT Sammitindən gözləntilər ilə bağlı müzakirələr aparılıb, ŞT üzrə birgə bəyanat qəbul edilib.

Xarici işlər naziri Elmar Məmmədyarov öz çıxışında Aİ ilə əməkdaşlığın hazırkı vəziyyəti və gələcək perspektivləri barədə ətraflı məlumat verib, Azərbaycanın Aİ ilə tərəfdaşlıq münasibətlərinin daha da inkişaf etdiriləcəyini qeyd edib.

Nazir Elmar Məmmədyarov ölkəmizin Aİ ilə qarşılıqlı hörmət, bərabərhüquqlu və anlaşma prinsipləri əsasında tərəfdaşlıq proqramı və layihələrdə fəal iştirakını davam etdirəcəyini bəyan edib.


Teqlər:  





Xəbər lenti