Reynaldodan tarixi uğur

Reynaldodan tarixi uğur
  22 Fevral 2015    Oxunub:1862
“Qarabağ”ın braziliyalı futbolçusu Reynaldo Azərbaycan Premyer Liqasında 30-cu qolunu vurub.
“Qarabağ”ın braziliyalı futbolçusu Reynaldo Azərbaycan Premyer Liqasında 30-cu qolunu vurub.

AzVision.az PFL-in rəsmi saytına istinadən verdiyi məlumata görə, son 3 turda meydanı qolsuz tərk etməyən cənubi amerikalı ardıcıl 3-cü dəfə komandasının 1:0 hesablı qələbəsində pay sahibi olub.

AZAL və “Simurq”un ardından “Neftçi” ilə görüşün də taleyini həll edən 26 yaşlı hücumçu mövsümdə 6-cı qolunu vurub.

Azərbaycan çempionatında debüt etdiyi 2012/13 mövsümündə 9 oyunda 2, ötən çempionatda 31 matçda 22 dəfə rəqib qapılarına yol tapan Reynaldo 30-cu qoluna 53-cü matçında imza atıb.

Premyer Liqadakı bütün qollarını eyni klubun – “Qarabağ”ın heyətində vuran braziliyalı Ağdam təmsilçisinin tarixinə düşüb. O, bu klubun heyətində Azərbaycan çempionatlarında ən çox qol vuran legioner adına yiyələnib.

Reynaldo Ağdam klubunda 29 çempionat qolu vuran Georgi Adamiyanı arxada qoyub. 2009/10 mövsümünün gedişində “Qarabağ”a gələn 2010/11 və 2011/12 mövsümlərində də klubun formasını geyən gürcüstanlı 71 oyunda 29 dəfə fərqlənmişdi. Reynaldo Adamiyanı “Qarabağ”ın Azərbaycan çempionatlarındakı 5 ən yaxşı bombardiri siyahısından da çıxarıb.


Teqlər:





Xəbər lenti