FHN daha 7 nəfəri xilas etdi

FHN daha 7 nəfəri xilas etdi
  22 Fevral 2015    Oxunub:1570
FHN şaxtalı havada yolda qalan 7 nəfəri xilas edib.
AzVision.az xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Abşeron rayonu, Güzdək qəsəbəsində 2 avtomobil əsas yoldan kənara çıxıb, nəticədə 7 nəfər köməksiz vəziyyətdə qalıb.

Dərhal hadisə yerinə cəlb olunmuş xilasedicilər vətəndaşları avtomobildən çıxardaraq xilas olunmalarını təmin ediblər.

Əməliyyat saat 23:51-də başa çatıb.

AzVision.az


Teqlər:





Xəbər lenti