Almaniyanın Bakıdakı səfirliyində dava - atteşeni döydülər
D.Biernbaum qeyd edib ki, fevralın 19-u saat 12:20 radələrində səfirliyin İSR Plaza-nın 10-cu mərtəbəsində (Nizami küçəsi 69) yerləşən əsası ofisində Fərid adlı şəxs xuliqanlıq zəminində ona qarşı zorakılıq hərəkətləri edib. Həmin şəxs səfirlik əməkdaşını vuraraq yıxıb. Şikayətçi Fərid adlı şəxsin onu səbəbsiz yerə vurduğunu hadisənin hansı səbəbdən baş verdiyini anlamadığını da əlavə edib.
İlkin araşdırmalardan sonra Almaniya vətəndaşının şikayətçi olduğu şəxsin kimliyi dəqiqləşdirilib. Həmin şəxsin paytaxt sakini, 1973-cü il təvəllüdlü Fərid Nəcəfquluzadə olması müəyyən edilib.
Araşdırmalar davam etdirilir.
Teqlər:







Vaxtında, Aydın, Lazımlı!


