Cəmil Həsənlinin qızı həbs edildi

Cəmil Həsənlinin qızı həbs edildi
  23 Fevral 2015    Oxunub:7084
Milli Şuranın sədri Cəmil Həsənlinin qızı Günel Həsənli həbs edilib.
Yasamal Rayon Məhkəməsində keçirilən iclasda hakim şəxsi avtomobili ilə piyadanı vuran Günel Həsənlini 1 il 6 ay müddətinə məntəqə tipli cəza çəkmə müəssisəsində cəza çəkməyə məhkum edib.

O, cəzasını çəkmək üçün müvafiq cəzaçəkmə müəssisəsinə göndərilib.

Qeyd edək ki, Günel Həsənli ötən il sentyabrın 19-da özünə məxsus “KİA” markalı avtomobillə yolu keçmək istəyən 86 yaşlı Bakı sakini Adilə Səlimovanı vurub. Hadisə Yasamal rayonu ərazisində baş verib.



Teqlər:



Xəbər lenti