Ölkəyə maşın idxalı xeyli azalıb

Ölkəyə maşın idxalı xeyli azalıb
  23 Fevral 2015    Oxunub:1563
2015-ci ilin yanvarında Azərbaycana 4 090 ədəd avtonəqliyyat vasitəsi idxal edilib.
Bu barədə Dövlət Gömrük Komitəsinin statistik hesabatında deyilir. İdxal edilən maşınların 3 870 ədədi avtomobil və motorlu nəqliyyat vasitələrinin payına düşüb. 2014-cü ilin yanvarında bu göstərici 5 925 ədəd təşkil edib.

Bundan başqa, yanvarda ölkəyə 146 yük avtomobili idxal edilib. Bu rəqəm 2013-cü ilin yanvarında 512 ədəd olub. İdxal olunan avtomobillərin qalan hissəsi digər nəqliyyat vasitələrinin payına düşüb.

Qeyd edək ki, 2014-cü ilin analoji dövründə idxal edilən avtonəqliyyat vasitəsinin sayı 6 477 ədəd olub.


Teqlər:



Xəbər lenti