AzVision.az xəbər verir ki, Alexandro Qonsales İnyarittu `ən yaxşı rejissor`, onun çəkdiyi `Bördmən` (Birdman) isə 2014-cü ilin ən yaxşı filmi seçilib.
Ən yaxşı qadın rolu üçün Culliana Mur, ən yaxşı kişi rolu üçün isə `Stiven Houkinqin kainatı` filmindəki roluna görə Eddi Redmeyn `Oskar` alıblar.
Ən yaxşı ikinci dərəcəli kişi rolu: J.K.Simmons (`Ehtiras`)
Ən yaxşı vizual effektlər: `İnterstellar`.
Gözlənilənlərin əksinə olaraq, `Leviafan` filminə `Oskar` verilmədi. Ən yaxşı xarici film: `İda` (Pavel Pavlikovski, Polşa)
Ən yaxşı musiqi: `Otel Qrand-Budapeşt` (Aleksandr Depl)
Ən yaxşı ikinci dərəcəli qadın rolu: Patrisiya Arkett (`Yeniyetməlik`)
Ən yaxşı animasiya filmi: `Qəhrəmanlar şəhəri`
Ən yaxşı sənədli film: Edvard Snoudendən bəhs edən `Vətəndaş dörd` filmi (rejissor: Lora Poytras)
Ən yaxşı orijinal ssenari: `Bördmən`
Ən yaxşı adaptasiya olunmuş ssenari: `İmitasiya oyunu`
AzVision.az