Qarlı havada neçə nəfər xəsarət alıb? - AÇIQLAMA

Qarlı havada neçə nəfər xəsarət alıb? - AÇIQLAMA
  23 Fevral 2015    Oxunub:1692
Qarlı hava şəraiti ilə əlaqədar Təcili Tibbi Yardım Stansiyasına müraciət edənlərin sayında artım baş verib.
Stansiyadan AzVision.az-a verilən məlumata görə, bir sutka ərzində 1900 çağırış olub. Yəni şənbə günü 17:00-18:00 arası, bazar günü isə 19:00-dan çox çağırış olub.

BŞTTYS-dan onu da bildirdilər ki, bazar günü Təcili Tibbi Yardıma müraciət edənlərin sayında artım olub. Çağırışlar əsasən ürək-damar sistemi ilə əlaqədar olub.
Fevral ayında adi günlərdə təcili yardıma 1800 çağırış müraciəti daxil olurdusa, ötən sutka ərzində onların sayı 1900-ə çatıb.

Qarlı və şaxtalı hava şəraiti nəticəsində 6 nəfər qarda sürüşərək xəsarət alıb. Onlardan 4 nəfəri xəstəxanaya yerləşdirilib, 2 nəfərə isə yerində tibbi xidmət göstərilib. Həmin şəxslərin vəziyyəti orta ağırlıq səviyyəsindədir.

Bu günlərdə zədələnmələrlə əlaqədar ümumilikdə 20% artım qeydə alınıb.

Məlumata görə, qarlı hava şəraiti təcili yardım maşınlarına da müəyyən çətinliklər törədib. Bakının Yeni Yasamal, Yeni Günəşli və 9-cu mikrorayon kimi ərazilərinə problem yaranmaması üçün xüsusi maşınlar göndərilib.

Gültəkin ƏLƏSGƏR


Teqlər:  





Xəbər lenti