Lerik yolu açıldı, işıq problemi isə...

Lerik yolu açıldı, işıq problemi isə...
  23 Fevral 2015    Oxunub:1314
Güclü qar səbəbindən bağlanan Lənkəran-Lerik yolu artıq açılıb.
Bu barədə AzVision.az-a Lənkəran şəhər İcra Hakimiyyətindən məlumat verilib.

“Hazırda yollarda heç bir problem yoxdur. Gediş-gəliş bərpa olunub. Sadəcə Pirani istiqamətində yolun bir hissəsi palçıq olduğundan həmin ərazidə çətinlik yaranır. Ona görə həmin ərazidə qərargah yaradılıb. Həmin ərazidə 24 saat iş aparılır”.

İcra hakimiyyətindən həmçinin bildirilib ki, Lənkəranda elektrik enerji təchizatındakı problem aradan qaldırılıb.

“Yalnız Piran kəndində enerjinin verilişində problem var. Hazırda o kəndə briqada göndərilib. Yəqin ki, yaxın saatlarda həmin kənddə də enerjinin verilişi bərpa olunacaq”.

Gültəkin Ələsgər


Teqlər:  





Xəbər lenti