Yollar yenə buz bağlayacaq - Hava proqnozu

Yollar yenə buz bağlayacaq - Hava proqnozu
  23 Fevral 2015    Oxunub:3088
Bu gündən Azərbaycanda havanın temperaturu yüksəlməyə başlayacaq.
Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən AzVision.az-a bildiriblər ki, fevralın 24-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Mülayim şimal-şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 0-2 dərəcə şaxta, gündüz 6-8 dərəcə isti təşkil edəcək. Gecə və səhər yollar buz bağlayacaq.

Sabah Azərbaycanın rayonlarında hava şəraitinin gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Mülayim şərq küləyi əsəcək.

Havanın temperaturu Aran rayonlarında gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 5-10 dərəcə isti, dağlarda gecə 6-11 dərəcə şaxta, gündüz 1-6 dərəcə isti olacaq. Yollar buz bağlayacaq.


Teqlər:  



Xəbər lenti