Polisin özünü öldürməsi ilə bağlı AÇIQLAMA

Polisin özünü öldürməsi ilə bağlı AÇIQLAMA
  23 Fevral 2015    Oxunub:1933
Polis baş serjantı Neman Tanrıverdiyev tabel silahı ilə xidməti otağında atəş açaraq özünü öldürüb.
AzVision.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, fevralın 21-də Baş Mühafizə İdarəsinin Kürdəmir Rayonlararası Mühafizə Bölməsinin manqa komandiri, polis baş serjantı Neman Tanrıverdiyev “Makarov” markalı tabel silahı ilə xidməti otağında atəş açaraq özünü öldürüb.

Hadisə yerinə baxış zamanı “Makarov” markalı tapança, 2 ədəd güllə darağı, 15 patron və 1 ədəd giliz götürülüb.

Rayon prokurorluğu tərəfindən araşdırma aparılır.

AzVision.az


Teqlər:





Xəbər lenti