Lənkəranda qanunsuz sexlərə qarşı əməliyyat
Xidmətin Lənkəran ərazi idarəsi əməkdaşlarının araşdırmaları nəticəsində müəyyən olunub ki, Lənkəran şəhəri, Tofiq İsmayılov küçəsində yerləşən yaşayış mənzilində gizli və qeyri-qanuni sahibkarlıq fəaliyyəti göstərilib. Adıçəkilən ünvanda kustar yolla şəkərli-qənnadı məmulatları (konfet) istehsal edilərək istehlak bazarında satışa çıxarılıb.
Yaşayış binasının I mərtəbəsində yerləşən istehsal yerinə baxış zamanı müəyyən olunub ki, sexdə konfetlərin istehsalı sanitariya norma və qaydalara uyğun gəlməyən, standartların tələblərinə cavab verməyən şəraitdə həyata keçirilib, məhsulların keyfiyyət və təhlükəsizlik göstəriciləri yoxlanılmayıb, istifadə olunan cihazlar kustar üsulla hazırlanmış avadanlıqlar olub.
Mənzildə şirniyyat istehsalı və satışı dayandırılıb, qanunvericiliyə müvafiq tədbirlər görülüb.
AzVision.az
Teqlər:







Vaxtında, Aydın, Lazımlı!


