AZAL biletlərin bahalaşdığını təsdiqlədi

AZAL biletlərin bahalaşdığını təsdiqlədi
  23 Fevral 2015    Oxunub:3745
“Azərbaycan Hava Yolları” (“AZAL”) QSC manatın ucuzlaşmasından sonra təyyarə biletlərinin qiymətinin bahalaşması haqda məlumatlara aydınlıq gətirib.
Qurumun mətbuat xidmətinin rəhbəri Məhərrəm Səfəli AzVision.az-a açıqlamasında bütün istiqamətlərdə aviabiletlərin bahalaşdığını təsdiqləyib:

“Biletlərin bahalaşması manatın devalvasiyası ilə bağlı deyil. Avronun kursu qalxdığına görə, qiymətlərdə bahalaşma olub. Artıq uzun müddətdir ki, biz İKA-nın tələbi ilə biletləri avro ilə satırıq. Avronun kursu qalxdığına görə, AZAL –da biletlərin qiymətini bahalaşdırıb”-deyə Məhərrəm Səfərli bildirib.

Qeyd edək ki, dollar və avronun manata nisbətdə bahalaşmasından sonra təyyarə bletlərinin qiyməti 30 faiz civarında qalxıb.

Gültəkin ƏLƏSGƏR


Teqlər:  



Xəbər lenti