Fəxrəddin Manafov “Əli və Nino”ya çəkilir

Bildirilib ki, filmin aktyor heyətinə dünyanın məşhur kino ulduzları Mendi Petinkin və Konni Nilson da daxildir. Onlar filmdə Ninonun valideynlərini canlandıracaqlar. Aktyor heyətinə Rikkardo Samariko, Humayon Erşardi, Assad Buab, Numan Akar da daxildir.
Qeyd edək ki, ekran işi Bakının küçələrində, İçərişəhərdə, Opera və Balet Teatrında, Qobustanda, Xınalıq dağlarında çəkiləcək.
Filmin icraçı prodüseri Leyla Əliyevadır.