Əli Həsənov prezidentin köməkçisi təyin edildi

Əli Həsənov prezidentin köməkçisi təyin edildi
  23 Fevral 2015    Oxunub:5412
Prezident İlham Əliyev Azərbaycan Respublikası Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi təyin edilməsi haqqında sərəncam imzalayıb.

AzVision.az xəbər verir ki, sərəncama görə, Əli Məhəmmədəli oğlu Həsənov prezidentin İctimai-siyasi məsələlər üzrə köməkçisi təyin edilib.

Qeyd edək ki, Həsənov Əli Məhəmmədəli oğlu 10 mart 1960-cı ildə Şərur rayonunun Tənənəm kəndində anadan olub. Moskva Dövlət Universitetini bitirib. Tarix elmləri doktoru, professordur.

1992-1993-cü illərdə Naxçıvan Dövlət Universitetinin Tədris şöbəsində inspektor, baş laborant, 1994-1995-ci illərdə Yeni Azərbaycan Partiyasının İdeologiya şöbəsinin müdiri, 1995-1996-cı illərdə Azərbaycan Respublikası Prezidentinin İcra Aparatının İctimai-siyasi şöbəsi müdirinin müavini, 1996-2005-ci illərdə isə Azərbaycan Respublikası Prezidentinin İcra Aparatının İctimai-siyasi şöbəsinin müdiri vəziflərəində çalışıb.

Azərbaycan Respublikası Prezidentinin 19 iyul 2005-ci il tarixli Sərəncamı ilə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri təyin edilib.

1-ci dərəcəli dövlət müşaviridir. Azərbaycan Respublikası Prezidentinin 9 mart 2010-cu il tarixli Sərəncamı ilə 1-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif olunub.

AzVision.az


Teqlər:  



Xəbər lenti