Aslan Aslanov danışdı: “Bentley” oğlumun deyil

Aslan Aslanov danışdı: “Bentley” oğlumun deyil
  23 Fevral 2015    Oxunub:4541
“Polis əməkdaşları tərəfindən Nəsimi rayonu ərazisində saxlanılan “Bentley” markalı avtomobil mənim oğluma məxsus deyil”.
AzVision.az xəbər verir ki, bunu virtualaz.org saytına açıqlamasında Şəmkir rayonunun sabiq icra başçısı Aslan Aslanov deyib.

A.Aslanov qeyd edib ki, həmin avtomobilin onun oğlu Turqaya heç bir aidiyyəti yoxdur: “Bəzi mətbuat orqanları mənim haqqımda məqsədyönlü şəkildə yalan informasiyalar yayırlar. Mən rəsmi arayış almışam. Həmin “Bentley” avtomobili Valeh Ramazan Allahverdiyev adlı bir şəxsə məxsusdur”.

Qeyd edək ki, bu gün bəzi KİV-lərdə A.Aslanovun oğlunun sərxoş halda yol polisi tərəfindən saxlanması barədə məlumatlar yayılıb.

Xəbərdə bildirilib ki, A.Aslanovun oğlunun “Bentley” markalı, 10 DO 007 nömrəli maşını cərimə meydançasına aparılıb.


Teqlər:





Xəbər lenti