Razi Nurullayev sabah Əli Kərimlini ifşa edəcək
Bu barədə AzVision.az-a R.Nurullayev özü məlumat verib. Bildirib ki, sabah mətbuat konfrası keçirərək AXCP-dən istefasının əsl səbəbini açıqlayacaq, Əli Kərimli və tərəfdarlarının çirkin əməkllərini ictimaiyyətə ifşa edəcək.
Əli Kərimlinin partiyada özünü diktator kimi apardığı deyən R.Nurullayev AXCP ilə bağlı heç kəsin bilmədiyi sensasion məlumatlara malik olduğunu, bu faktların ictiamiyyətə açıqlanacağını qeyd edib.
`Elə şeylər deyəcəyəm ki, bəlkə də Azərbaycan bir-birinə dəyəcək. Sonda hər kəs görəcək ki, haqlı, haqsız kimdir`.
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


