Nəticələr bu gün açıqlanacaq

Nəticələr bu gün açıqlanacaq
  24 Fevral 2015    Oxunub:1909
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) fevralın 22-də 2015/2016-cı tədris ili üçün ali təhsil müəssisələrinin magistratura səviyyəsinə qəbul imtahanının birinci mərhələsini keçirib.
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından (TQDK) AzVision.az-a verilən məlumata görə, imtahan nəticələrinin axşam saatlarına kimi elan olunması nəzərdə tutulur.

Qeyd edək ki, mtahan Respublikanın 6 şəhərində - Bakı, Naxçıvan, Gəncə, Mingəçevir, Şəki və Lənkəran şəhərlərində, ümumilikdə 38 imtahan mərkəzində aparılıb. İmtahan bütün binalarda eyni vaxtda - saat 13:00-da başlanmış və 2 saat 30 dəqiqə davam edib.

İmtahanda iştirak etmək üçün 23230 (ötən il 24560) bakalavr ərizə təqdim edib. Onlardan 20706 nəfəri Azərbaycan bölməsi, 2524 nəfəri rus bölməsi üzrə imtahan verəcək. Ərizə verənlərin 10913 nəfəri oğlan, 12317 nəfəri isə qızlardır. Bakalavrlardan 11620 nəfəri cari ilin, 11610 nəfəri isə əvvəlki illərin məzunlarıdır. 50 nəfər xarici ölkə vətəndaşıdır. İmtahanda iştirak edəcək ən yaşlı bakalavr 1957-ci il təvəllüdlü, ən gənc isə 1996-cı il təvəllüdlüdür.

Sevinc İltifatqızı
AzVision.az




Teqlər:  





Xəbər lenti