“Dövlət qurumları qışa hazır deyil” – Millət vəkili

“Dövlət qurumları qışa hazır deyil” – Millət vəkili
  24 Fevral 2015    Oxunub:1777
“Salyan, Cəlilabad və digər rayonlar qəfil qarın yağması ilə əlaqədar olaraq,kəskin problemlərlə qarşılaşıblar”.
AzVision.az xəbər verir ki, bunu deputat Elmira Axundova Milli Məclisin bu gün keçirilən plenar iclasında deyib. Millət vəkili qeyd edib ki, bu rayonlar xüsusilə də ciddi işıq problemləri ilə üzləşib.

““Azərİşıq”-ın sədri Baba Rzayev bu problemin kökündən həll edəcəyi ilə bağlı söz verib. Son məlumata görə, hazırda müəyyən işlər görülür, ancaq yenilənmə işləri çox ləng gedir. Texniki vasitələrin yenilənməsinə isə kifayət qədər maliyyə vəsaiti tələb olunur”.

E.Axundova bildirib ki, güclü qar və şaxtalı hava ilə əlaqədar yollar buz bağlayıb və nəqliyyatın hərəkətində problemlər yaranıb:

“Müvafiq dövlət orqanları, rayonların kommunal təsərrüfat idarələri bu cür sərt havalara hazır deyillər. Tək Salyan ərazisində cəmi iki qartəmizləyən maşın işləyirdi. Qaradağa gedən yolda isə bir texnikaya rast gəlmədik. Nəticədə yollarda xeyli yol-nəqliyyat hadisələri baş vermişdi. Çox dəhşətli mənzərə yaranmışdı. Polislərdən başqa yollarda qalmış vətəndaşların vəziyyətinə kömək edən bir dövlət qurumu əməkdaşı yox idi”.

Anar Kəlbiyev


Teqlər:  





Xəbər lenti