SOCAR-dan xalqa müraciət: `Aldanmayın`

SOCAR-dan xalqa müraciət: `Aldanmayın`
  24 Fevral 2015    Oxunub:2957
Dövlət Neft Şirkəti (SOCAR) əhalini aldadan iş dəllaları ilə bağlı müraciət imzalayıb.
AzVision.az-ın məlumatına görə, SOCAR-in Baş Ofisinin İnsan Resursları Departamentinin rəisi Asif Bəkirlinin adından yayılan müraciətdə deyilir:

Hazırda SOCAR-a işə qəbulla bağlı işbazlar tərəfindən aldadılan 10-larla şəxs hüquq-mühafizə orqanlarına müraciət edib. Bizdə olan məlumata görə, hardasa 12-15 arası müraciət hüquq-mühafizə orqanlarında araşdırılır və bəziləri barədə artıq tədbirlər görülüb.

Baxmayaraq ki, bununla bağlı SOCAR-ın korporativ veb səhifəsində bu link vasitəsi ilə https://careers.socar.az//VacancyInfo.aspx?type=1“ARDNŞ-yə işə qəbul ilə əlaqədar dələduzluğa qarşı xəbərdarlıq”yerləşdirilib, lakin bu kimi hallar hələ də davam etməkdədir.

Vətəndaşların aldanmaları əsasən bu şəkildə baş verir ki, fırıldaqçılar bəzi insanların sadəlövlüyündən istifadə edərək insanlardan müəyyən maliyyə vəsaiti alaraq onları SOCAR-da işə düzəldəcəkləri barədə söz verirlər və əgər bu şəxslərdən kimlərsə, öz biliklərinə görə müsabiqədən keçib işə qəbul edilirlərsə, fırıldaqçılar bunu öz “xidmətləri” kimi təqdim edir, keçməyənlərin isə pulunu ya qaytarır, ya da müəyyən bəhanələrlə vaxtı uzadırlar ki, bu da vətəndaşların hüquq – mühafizə orqanlarına şikayət etmələrinə səbəb olur.

Bir daha bildiririk ki, keçirilən müsabiqələrdə kənar təsirlər (hətta İRD rəhbərliyinin) və neqativ hallar qeyri mümkündür, çünki proses müvafiq komissiyalar tərəfindən tam obyektiv, şəffaf, çoxpilləli nəzarət və videoçəkilişlə həyata keçirilir.

Hər kəs bilməlidir ki, baş vermiş və yaxud baş verə biləcək qayda və yaxud qanun pozuntularının qarşısının alınması və ya təhqiqatının aparılıb aşkar edilməsini yalnız qanun keşikçiləri olan hüquq-mühafizə orqanları həyata keçirə bilərlər. Ona görə də belə dəllalların toruna düşənlər yalnız hüquq-mühafizə orqanlarına müraciət etməlidirlər.


Teqlər:  





Xəbər lenti