`Qorbaçov kimi açlaq, ləyaqətsiz adamlar...` - Ziyafət Əsgərov

`Qorbaçov kimi açlaq, ləyaqətsiz adamlar...` - Ziyafət Əsgərov
  24 Fevral 2015    Oxunub:2385
Parlamentin bu gün keçirilən iclasında deputat Yevda Abramov çıxışı zamanı Böyük Vətən Müharibəsində göstəricilən şücaətə görə Bakıya “qəhrəman şəhər” statusunun verilməsini təklif edib.
AzVision.az xəbər verir ki, MM-in sədrinin I müavini Ziyafət Əsgərov deputatın bu təklifini yüksək qiymətləndirib. Z. Əsgərov deyib ki, əslində Böyük Vətən Müharibəsinin qalibiyyətlə başa çatmasında Bakı neftçilərinin rolu böyük olub:

“Təəssüf ki, Mixayıl Qorbaçov kimi şəxsiyyətsiz, ləyaqətsiz, alçaq insanlar Bakıya bu adı verməkdənsə, bizə Dağlıq Qarabağ, qanlı 20 Yanvar, Xocalı soyqırımı kimi böyük problemlər qoyub getdi. Bir faktı da qeyd edim ki, uzun müddət əvvəl spiker Oqtay Əsədov Narişkinin qarşısında bu məsələni qaldırmışdı. Hər halda bu məsələnin həlli Rusiyadan asılıdır. Yəni, bu məsələ kifayət qədər müzakirəyə çıxardılıb”.

Anar Kəlbiyev


Teqlər:





Xəbər lenti