Milli Məclisdən mühüm addım

Milli Məclisdən mühüm addım
  24 Fevral 2015    Oxunub:1962
Milli Məclisin (MM) bu gün keçirilən iclasında “Əhalinin sağlamlığının qorunması haqqında” qanununa təklif edilən dəyişiklər layihəsi müzakirəyə çıxarılıb.
AzVision.az xəbər verir ki, layihə barədə Sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli məlumat verib.

Layihəyə əsasən Azərbaycanda tibb fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən dövlət tibb müəssisələrinin nizamnamələrində və ya özəl tibb sahəsində onlara verilmiş xüsusi razılıqda (lisenziya) göstərilmiş işlər və xidmətlərdən kənar (ilkin tibbi yardım istisna olmaqla) tibb fəaliyyətinin həyata keçirilməsinə yol verilmir.

Digər dəyişikliyə görə, tibb müəssisələrində vətəndaş üçün zəruri olan ixtisaslaşdırılmış tibbi yardım göstərilməsi mümkün olmadıqda, müəssisənin müalicə həkimi tərəfindən həmin şəxs bu yardımı göstərən dövlət tibb müəssisələrinə və ya şəxsin istəyinə uyğun olaraq özəl tibb müəssisəsinə göndərilir.

Layihə səsə qoyularaq qəbul olunub.

Anar Kəlbiyev


Teqlər:





Xəbər lenti